Şahin Sultanovun apellyasiya şikayəti təmin edilməyib

Şahin Sultanovun apellyasiya şikayəti təmin edilməyib
# 08 may 2014 14:50 (UTC +04:00)

Bu barədə APA-ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Vəkil apellyasiya şikayətinin təmin edilmədiyini deyib.

Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib.

Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.


Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR