Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı 5 yeni cihaz hazırlanıb

Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı 5 yeni cihaz hazırlanıb
# 04 iyun 2014 12:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda radiasiya təhlükəsizliyi ilə bağlı 5 innovativ xarakterli işlər həyata keçirilib və yeni cihazlar hazırlanıb.

Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya açıqlamasında deyib ki, bunlardan biri limitrik cihazdır və onlar 2 formada hazırlanıb.

Onun sözlərinə görə, “Son materiallar əsasında dazometr” və “Mikropikselli silisium əsasında olan dazometr”lər həm qamma, həm də neytral şüalar üçün nəzərdə tutulub: “Bundan əlavə, lay sularından radioaktiv maddələrin ayrılması üçün qurğu işlənilib və artıq hazırdır. Hər növ materialların, rezin məmulatların radiosol vulkanizasiya üsulu ilə alınması texnologiyası işlənib. Alınmış detallar Dövlət Neft Şirkəti tərəfindən tətbiqi üçün artıq hazırdır. Bütün keyfiyyətləri başqa materiallardan yüksəkdir”.

A.Qəribov qeyd edib ki, Azərbaycanda fövqəladə hallar və radioaktiv çirklənmə halları ilə bağlı daimi olaraq virtual məlumat verə bilən stansiya işlənilib. Onun sözlərinə görə, hansısa ərazidə radioaktiv çirklənmə olarsa, həmin stansiya oranın radioaktivliyi, tərkibi haqqında məlumat verir: “Həmin stansiya qəza halları və radioaktiv çirklənmə baş verə ərazidən daimi məlumatları çatdıracaq. Həmin ərazilərdə şüalanma yüksək olduğundan, insanlar orada ölçü apara bilmir. Ona görə də həmin ərazidə stansiya bütün məlumatları qeyd edərək bu barədə məlumat çatdırır. Bundan əlavə, institut tərəfindən yeni qamma spektometr hazırlanıb. Bütün bu cihazlar ilk dəfə Azərbaycanda hazırlanıb və onların hamısı Radiasiya Problemləri İnstitutunun məhsullarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR