Daşkəsən rayon sakini sirkə turşusundan zəhərlənib

Daşkəsən rayon sakini sirkə turşusundan zəhərlənib
# 19 iyun 2014 11:18 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsəndə 29 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon Pirverdilər kənd sakini, 1985-ci il təvəllüdlü Xəyalə Allahverdiyeva ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Məlumata görə, bir uşaq anası olan X. Allahverdiyeva hələ ki, bilinməyən səbəbdən sirkə turşusu içərək zəhərlənib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR