Səbail Rayon İcra Hakimiyyətinin sürücüsü tutulub

Səbail Rayon İcra Hakimiyyətinin sürücüsü tutulub
# 13 may 2014 15:42 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı, 10-AS-509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə M. Şirinov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X. Cəbrayılov və Z. Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S. Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR