Nazir: “Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 10-dan artıq razılaşma əldə olunub”

Nazir: “Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 10-dan artıq razılaşma əldə olunub”
# 24 iyun 2014 09:35 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu APA-Economics. “Azərbaycan-Rusiya Regionlararası Forumu həm Azərbaycan, həm də Rusiya sahibkarları üçün çox əlverişlidir”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın regionların inkişafı naziri İqor Slyunayev bildirib.

“Forum çərçivəsində 10-dan artıq razılaşma əldə olunub”, - deyə nazir bildirib.

Nazir deyib ki, iki ölkə arasında əsas olan ünsiyyətdir: “Çünki, ünsiyyətlər nəticəsində müxtəlif konkret layihələr yaranır. Azərbaycan və Rusiya üçün işləmək çox asandır. Çünki bizim yaxın mentalitetmiz var. Biz qardaş millətlərik. Buna görə də, bütün əlaqələrimiz uğurla nəticələnməlidir. Bu gün Rusiyada xeyli sayda azərbaycanlı iş adamları çalışır. Bundan başqa Rusiyaya müxtəlif layihələrlə bağlı investisiyalar yatırmaq niyyətindədir. Onlar sənaye məhsulları, kənd təsərrüfatı, ticarət və daşınmaz əmlak sahəsinə maraq göstərir. Azərbaycanla Rusiya arasında bu gün 3,5 mlrd. dollar olan ticarət dövriyyəsi ilbəil artır. Yaxın zamanda bizim sahibkarların və dövlət qurumlarının aktivliyi sahəsində daha da artacaq”.

Qeyd edək ki, bu gün İ. Slyunyayev Rusiyada layihələr həyata keçirən Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə İ. Slyunyayev azərbaycanlı sahibkarların həyata keçirdikləri layihələrin icrası ilə maraqlanıb, iş adamlarının təkliflərini dinləyib. Görüşdə həmçinin, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR