İrandan Azərbaycana gələn Gürcüstan vətəndaşında narkotik vasitə aşkarlanıb

İrandan Azərbaycana gələn Gürcüstan vətəndaşında narkotik vasitə aşkarlanıb
# 04 aprel 2014 09:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan gömrükçüləri İrandan ölkəyə gətirilən narkotik vasitəni aşkarlayıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Gürcüstan vətəndaşı Bafalı Hüseynov gömrük nəzarətindən keçirilib. Yoxlama zamanı B.Hüseynova məxsus sellofan paketdə 6 ədəd bükümdə, ümumi xalis çəkisi 47,763 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 36,094 qram olan tiryək və 1 ədəd bükümdə isə xalis çəkisi 14,980 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR