Ukraynada antiterror əməliyyatları zamanı bu vaxtadək 21 güc strukturu əməkdaşı ölüb, 65 nəfər xəsarət alıb

Ukraynada antiterror əməliyyatları zamanı bu vaxtadək 21 güc strukturu əməkdaşı ölüb, 65 nəfər xəsarət alıb
# 16 may 2014 18:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə UNİAN agentliyinə Ukrayna Təhlükəsizlik Xidmətindən bildiriblər.

Onlardan 18-i Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 3-ü “Alfa” xüsusi təyinatlı dəstəsinin əməkdaşıdır.

29 Təhlükəsizlik Xidmətinin əməkdaşı, 27 Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 1 hərbi həkim, 5 Daxili qoşun əsgəri, 1 Daxili İşləri Nazirliyinin əməkdaşı, 2 milli qvardiyaçı yaralanıb.

Bundan başqa, 2 Silahlı Qüvvələr əsgəri itkin düşmüş sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR