Kaliforniya mediası ştat Assambleyasının qətnaməsini etirazla qarşılayıb - FOTO

Kaliforniya mediası ştat Assambleyasının qətnaməsini etirazla qarşılayıb - <span style="color: red;">FOTO
# 12 may 2014 08:37 (UTC +04:00)

Bakı – APA. Erməni lobbisinin güclü təzyiqləri ilə Kaliforniya ştatı Assambleyasının 5 may tarixində müzakirə edərək 8 may tarixində qəbul etdiyi qətnaməni Kaliforniya mediası etirazla qarşılayıb. Yerli KİV-in əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndirib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Kaliforniya siyasi dairələrinin ən çox oxunan “Sacramento Bee” qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı video-bloq vasitəsilə çıxış edərək bunları deyib: “Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə burnunu soxur. Məsələn, götürək Dağlıq Qarabağla bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır? Onsuz da bu qətnamənin münaqişə üçün heç bir önəmi yoxdur. Səbəb aydındır. Çünki Kaliforniyadakı böyük erməni lobbisi ştat Assambleyayasına bu qətnaməni qəbul etmək üçün böyük təzyiqlər göstərir. Assambleyanın isə onlara “yox” deməyə gücü çatmır. Ancaq Assambleya erməni lobbisinə etiraz edərək Kaliforniya əhalisini maraqlandıran işlərlə məşğul olmalıdır.”

Qətnamənin müəllifi, ermənipərəst Assambleya üzvü Mayk Qattonun seçki dairəsində də qətnamə narazılıqla qarşılanıb. Sözügedən dairədə dərc olunan “Crescenta Valley Weekly” qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzkarlığı nəticəsində yüz minlərlə azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Müəllif Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi cinayətlərdən danışaraq, xüsusilə onların Kəlbəcər rayonunda törətdiyi hərbi cinayətləri qeyd edir. T.Ayala Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən aldığı müsahibəyə istinad edərək bu qətnamənin Kaliforniyanın azərbaycanlı və erməni icmalarını qarşı-qarşıya qoyduğunu, sülh danışıqlarına mənfi təsir göstərə biləcəyini, həm ABŞ xarici siyasətinə, həm də beynəlxalq birliyin iradəsinə qarşı olduğunu bildirir.

Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq – “California Political News & Views” saytında dərc olunmuş “Sakramento demokratları iş yerləri yaratmaq əvəzinə xarici siyasətlə məşğuldurlar” başlıqlı məqalədə isə qeyd olunur ki, “Kaliforniya depressiya içindədir, işsizlik 15%-dir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16.7 milyard dollarlıq büdcə kəsiri var, ancaq bütün bunları həll etmək əvəzinə ştat Assambleyasının üzvü Mike Qatto Ermənistan ilə Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır”. Eyni elektron nəşrdə Azərbaycanın Los Ancelesdəki baş konsulu N. Ağayevin “Kaliforniya qanunvericilik orqanı özünün erməni lobbisi tərəfindən manipulyasiyasına imkan verməməlidir” başlıqlı məqaləsi də dərc edilib.

“Los Angeles Times” qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ hökumətinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, buna görə də qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə şərqi Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin yersizliyini vurğulayır.

Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan “Springtime of Nations” siyasi bloqunda dərc olunmuş “Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi” başlıqlı məqalədə də sözügedən qətnamə kəskin tənqid olunur. Müəllif Ermənistan tərəfindən həyata keçirilmiş işğal, etnik təmizləmə və Xocalı soyqırımı barədə oxucuları geniş məlumatlandıraraq, Kaliforniya qanunvericilərinin bu qətnamə ilə bütün bu cinayətlərə haqq qazandırmış olduqlarını vurğulayır.

Qeyd edək ki, Kaliforniya Assambleyası Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR