ADU-da dəyirmi masa keçirilib

ADU-da dəyirmi masa keçirilib
# 14 iyun 2013 16:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) “Tarixi prosesdə 15 iyun və onu doğuran səbəblər” mövzusunda dəyirmi masa keçirilib. ADU-dan APA-ya verilən xəbərə görə, ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva, həmçinin müəllim və tələbələr iştirak ediblər. Şıxışlardan sonra Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR