Orxan Kərimov və digərlərinin məhkəməsi davam etdirilib

Orxan Kərimov və digərlərinin məhkəməsi davam etdirilib
# 10 sentyabr 2013 14:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Vəkil Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə O. Kərimov və onun vəkilləri çıxış ediblər. Onlar bildiriblər O. Kərimov barəsində çıxarılan hökm əsassızdır və ona bəraət verilməlidir.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Bundan əvvəl isə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR