ADA universitetində NATO-nun qarşıdakı sammitinin perspektivləri müzakirə olunub - FOTOSESSİYA

ADA universitetində NATO-nun qarşıdakı sammitinin perspektivləri müzakirə olunub - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2014 15:43 (UTC +04:00)

APA-nın məlumatına görə, Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku çıxışı zamanı bəyan edib ki, “Şərq tərəfdaşlığı”nın əhatə etdiyi region böyük strateji əhəmiyyətə malik olduğundan bu bölgədəki bütün münaqişələr, o cümlədən Ukraynada hökm sürən böhran NATO ölkələrinə təhlükə törədir.

Ukraynadakı durumdan danışan B.Auresku qeyd edib ki, Rumıniya region ölkələri arasında dialoq və əməkdaşlığı dəstəkləyir.

Öz növbəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Şərq tərəfdaşlığı” regionundakı bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllinin vacibliyini vurğulayıb. O bu cür məsələlərə beynəlxalq birliyin zəif reaksiya verməsini də qeyd edib.

Mühazirə zamanı həmçinin NATO-nun genişlənməsi mövzusuna toxunulub. B.Aureskunun sözlərinə görə, NATO-nun genişlənməsi regiondakı təhlükəsizliyi möhkəmləndirilməyə imkan verib.

A.Əzimov isə qeyd edib ki, genişləmə prosesi ekspansiyaya çevrilməməlidir. İstənilən sistemin genişləndirilməsi prosesinin sonsuz davam edə bilməyəcəyini bildirən nazir müavini coğrafi amilin nəzərə alınmasının vacibliyini vurğulayıb.

A.Əzimovun sözlərinə görə, NATO və yaxud digər hər hansı təşkilata üzvlük məqsəd olmamalıdır, bu, ölkəyə üstünlüklər qazandırmalıdır.

Tədbirdə çıxış edənlər həmçinin Şimali Atlantika alyansı qarşısında duran enerji təhlükəsizliyi, kibertəhlükəsizlik və hava hücumundan müdafiə kimi müasir çağırışları qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR