Azərbaycanda ortaq türk tarixinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda ortaq türk tarixinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 14 sentyabr 2013 16:45 (UTC +04:00)
Bakı. Cavid Zeynalov – APA. Gələn ay Şəkidə beynəlxalq elmi konfrans keçiriləcək. APA-nın məlumatına görə, konfrans oktyabrın 1-dən 3-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

«Ortaq türk tarixinin araşdırılması problemləri» mövzusundakı bu beynəlxalq elmi konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya (Dağıstan) alimləri iştirak edəcəklər.

Tədbir çərçivəsində ortaq türk tarixinin yazılması ilə bağlı bu günədək görülən işlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR