Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb, 60 nəfər isə yaralanıb

Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb,  60 nəfər isə yaralanıb
# 02 may 2014 04:49 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın paytaxtı Abuca yaxınlığında ötən gün törədilmiş partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb, daha 60 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Nyanya rayonunda polis postu yaxınlığında. Terrorçular avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıblar.

Qeyd edək ki, 7-9 may tarixlərində Abucada Afrika üzrə Ümumdünya İqtisadi Forum keçiriləcək. Hakimiyyət qurumları güc strukturlarının üçün 6 minədək əməkdaşını təhlükəsizliyin təmin olunmasına cəlb etmək niyyətindədir.

Xatırladaq ki, aprelin 14-də Nigeriyanın paytaxtının qeyd olunan rayonunda terrorçular avtobus stansiyasında 2 partlayış törədiblər. Nəticədə 75 nəfər həlak olub.

Partlayışlara görə məsuliyyəti öz üzərinə “Boko Haram” radikal dini qruplaşma götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR