Gəncədə mağaza yarılıb - VİDEO

Gəncədə mağaza yarılıb - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 16:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncəni ikinci hissəsi adlanan yaşayış massivində ərzaq mağazasından oğurluq edilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhər sakini Nailə Nağıyeva ərizə ilə polisə müraciət edərək, işlətdiyi mağazadan oğurluq edildiyin bildirib. O qeyd edib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında sahibi olduğu obyektin qapısını açaraq içəriyə daxil olublar və dükandan 10 blok müxtəlif növ siqaret, 3 bağlama pampers, 10-15 ədəd müxtəlif növ ətir və kassada olan 580 manat nəğd pulu aparıblar.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mağazaya baxış keçiriblər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR