Dağıstanda 12 kq trotil gücündə bomba tapılaraq zərərsizləşdirilib

Dağıstanda 12 kq trotil gücündə bomba tapılaraq zərərsizləşdirilib
# 22 oktyabr 2013 12:45 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının ərazisindəki ticarət mərkəzinin yaxınlığında 12 kiloqram trotil gücündə olan partlayıcı aşkarlanaraq zərərsizləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Mərkəzindən açıqlama verilib.

Mərkəzdən bildiriblər ki, bu gün yerli vaxtla saat 08-ə yaxın Xasavyurtda, Mahaçqalaya giriş postunun 300 metrliyindəki “Kirqu” ticarət mərkəzinin yaxınlığında yerli sakinlər tərəfindən 12 kiloluq vedrə şəklində olan şübhəli əşya aşkarlanıb. Hadisə yerinə gələn güc strukturlarının nümayəndələri bunun əldəqayırma bomba olduğunu müəyyənləşdiriblər. Bomba zərərsizləşdirilib.

Xatırladaq ki, oktyabrın 21-də Volqoqradda sərnişin avtobusunda törədilən partlayış nəticəsində 6 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR