® “Farfor” Bakıda növbəti butikini açıb - FOTOSESSİYA

<font color=red>® </font>“Farfor” Bakıda növbəti butikini açıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2014 08:00 (UTC +04:00)

“Farfor” butikində İtaliya, İspaniya, Almaniya, İngiltərə, Çexiya, Avstriya və Yaponiyanın məşhur brendləri alıcılara təqdim olunur

Bakı. Cavid Zeynallı - APA. Bakıda “Farfor”un növbəti butikinin açılışı həyata keçirilib.

APA-nın məlumatına görə, Məmməd Araz-78 (Teymur Əliyev küçəsi) ünvanında yerləşən “Farfor” butikində İtaliya, İspaniya, Almaniya, İngiltərə, Çexiya, Avstriya, Yaponiyanın məşhur brendləri alıcılara təqdim olunacaq və məkandakı məhsullarının fərqli tərzi ilə hər kəsi heyran edəcək.

Butikdə zövqlə hazırlanmış çilçıraqlar, dekorativ ev əşyaları, keramika və bürüncdən əl işləri, yemək və çay dəstləri, italyan bülluru və digər məhsullar alıcılara geniş seçim imkanı yaradır. Ümumilikdə 31 Avropa brendinin Azərbaycanda eksklüziv satış nümayəndəsi olan “Farfor” öz məhsulları ilə daim məşhur dizaynerlərin diqqət mərkəzindədir. Çünki alıcılara fərqli üslublara uyğun böyük seçim imkanı təqdim edir. Bu ünvanda hər kəs interyer dizaynına yaraşan çilçıraq, dekorativ ev əşyaları və yemək dəstlərini asanlıqla seçə bilər.

“Farfor”un icraçı direktoru Tural Mehdiyev bildirib ki, yeni butikdə “Farfor” alıcılarının qarşısına tam fərqli bir kolleksiya ilə çıxır: “Bu ilin aprelində Milanda keçirilmiş “Salone del mobile Milano” sərgisindən seçilmiş əsrarəngiz bir kolleksiya ilə tanış olmaq çoxlarının arzusudur. Təbii ki, şəhərin mərkəzində bu mağazanın açılışı çox sevindirici haldır. Gördüyünüz kimi, burda tam fərqli kolleksiya var. Artıq “Farfor”un məhsullarına, Avropa məhsullarına tələbat artır. Belə gözəl çilçıraqlara, yemək dəstlərinə, qablara ehtiyac çoxalıb. Tələbə qarşılıq vermək üçün “Farfor” şəhərdə açıldı və çox rahat yerdə fəaliyyət göstərir. Binə Ticarət Mərkəzindən sonra “Farfor”un şəhərin mərkəzində də fəaliyyətə başlaması əminəm ki, alıcılarımızı çox məmnun edəcək. Mağazamızda çox fərqli məhsullarımız var. Alıcılar bürünclə, keramika ilə işlənmiş gözəl əl işlərini əldə edə bilərlər. Dizaynerlərə üzümü tutub deyirəm ki, burda nə istəsələr tapa bilərlər. “Farfor” hər kəsin arzu etdiyi məkandır və şəhərdə belə bir məkanın fəaliyyət göstərməsi bizi çox sevindirir. Odur ki, yenicə istifadəyə verilmiş butikimizə baş çəkin. Məhsullarımız sizi heyran edəcək, əmin olun”.

Açılışı mərasimində iştirak edən rəssam Mir Teymur belə bir mağazanın şəhərin mərkəzində açılmasını sevindirici hal kimi qiymətləndirib. Teleaparıcı Nərgiz Cəlilova bu mağazanın daimi müştərisi olacağını bildirib. Xalq artisti Zülfiyyə Xanbabayeva, aktrisa Vəfa Zeynalova da butikin açılış mərasimində iştirak edən simalardan olublar. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bu cür mağazaların açılışına sevindiyini diqqətə çatdırıb. O bildirib ki, bu butik istər vizual, istərsə satışa çıxarılan malları ilə göz oxşayır və bu da şəhər əhlinin zövqünü oxşayır. Əməkdar artist Sənubər İsgəndərli mağazada ev üçün lazım olan hər şeyin olduğunu vurğulayıb və şəhər əhlini belə bir butikin istifadəyə verilməsi münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR