Mingəçevirdə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Mingəçevirdə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 30 iyun 2014 23:36 (UTC +04:00)

Bakı-APA. Mingəçevir şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış azyaşlı yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR