Zərdabda yanğın olub

Zərdabda yanğın olub
# 11 yanvar 2014 09:36 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdabda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saat 02:30 radələrində rayonun Dəliquşçu kəndində qeydə alınıb.

1958-ci il təvəllüdlü Hüseynov Valeh Əli oğluna məxsus ümumi sahəsi 144 kv. m olan 1 mərtəbəli 5 otaqlı evdə güclü yanğın baş verib. Ev sahibləri yatdığından, hadisədən gec xəbər tutub və yanğın başlayandan təxminən 1 saat sonra yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Evin tavanı tamamilə yanıb külə dönsə də, yanğınsöndürənlərin səyi nəticəsində ev əşyalarının bir qismi yanğından xilas edilib. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR