Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 31 mart 2014 08:25 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü keçiriləcək.

Azərbaycan hərbçiləri Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində (Almaniya) Verifikasiya heyəti üçün alman dili kursuna qatılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR