Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,7% yüksəlib
# 27 sentyabr 2013 06:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 328 bəndədək, S&P 500 0,4% - 1 699 bəndədək, Nasdaq 0,7% - 3 787 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi müsbət makroiqtisadi xəbərlərin fonunda baş verib. Belə ki, son qiymətləndirməyə əsasən, ABŞ-ın UDM-i yanvar-iyun aylarında illik müqayisədə 2,5% artıb. Bundan başqa məlum olub ki, ötən həftə ərzində verilən işsizlik üzrə ilkin müraciətlərin sayı həftəlik müqayisədə azalıb.

Avropa fond bazarlarında sentyabrın 26-da FTSE 100 indeksi 0,2% - 6 566 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,02% - 8 664 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 187 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 324,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3481 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR