Kürdəmirdə ev, Bakıda isə köşk yanıb

Kürdəmirdə ev, Bakıda isə köşk yanıb
# 24 may 2013 00:48 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi paytaxtda qeydə alınıb. Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Yaxınlıqdakı kafe yanğından mühafizə olunmuşdur.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR