Şəmkir rayonunda yanğın olub

Şəmkir rayonunda yanğın olub
# 09 noyabr 2013 04:50 (UTC +04:00)

Bakı-APA. Şəmkir rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 22 km aralıda yerləşən Könüllü kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 145 kv. m olan kürsülü birmərtəbəli 2 otaq və 1 aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 11 kv. m, çardağı 10 kv. m ( ümumi 21 kv. m ) sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR