Beynəlxalq Yer Günü ilə əlaqədar tədbir keçirilib

Beynəlxalq Yer Günü ilə əlaqədar tədbir keçirilib
# 15 aprel 2014 13:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il olduğu kimi, bu il də təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün ETSN-in mütəxəssisləri Beynəlxalq Yer Günü ilə əlaqədar Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. Görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Beynəlхalq Yer Gününün qeyd olunması ХIХ əsrin 40-cı illərindən başlansa da, tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR