Latviya Azərbaycanla sığorta-pensiya sistemindəki təcrübəsi ilə bölüşəcək

Latviya Azərbaycanla sığorta-pensiya sistemindəki təcrübəsi ilə bölüşəcək
# 05 iyun 2014 09:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Biz Azərbaycanla artıq dörd Tvinninq layihəsi həyata keçirmişik. “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılması” layihəsi çərçivəsində geniş əməkdaşlıq aparılıb. Hesab edirəm ki, bu sahədə Azərbaycanla əməkdaşlıq olduqca vacibdir. Bu mürəkkəb sahədə yeni element formaları və təcrübə ilə bölüşmək mühüm aspektlərdən biridir.

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması”na həsr olunan tədbirdə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib.

O, deyib ki, Azərbaycan bir tərəfdaş kimi Latviyaya etibar edə bilər. “Latviya son 25 ildə bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan da Avropanın ən qabaqcıl təcrübəsi ilə maraqlanır. Bu sahədə əməkdaşlığımız vacibdir”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR