Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri internatlara başçəkmələr həyata keçiriblər

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri internatlara başçəkmələr həyata keçiriblər
# 21 may 2013 10:17 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə və Buzovnadakı Ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrin məqsədi saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. Araşdırma zamanı həmin müəssisələrin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftarla bağlı nöqsanlar aşkar edilməyib.

MPQ-nin üzvləri Buzovnadakı Ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinin rəhbərliyinə bu müəssisədəki iş prinsiplərinin təkmilləşdirilməsinə dair tövsiyələr veriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başçəkmələrin nəticələri ilə bağlı müraciət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR