İraq Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti Azərbaycana gələcək

İraq Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti Azərbaycana gələcək
# 22 yanvar 2014 13:43 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.

N. İsmayılovun sözlərinə görə, İraq nümayəndə heyətinə bu ölkənin Minatəmizləmə Mərkəzinin rəhbəri başçılıq edəcək. Beş gün davam edəcək səfər çərçivəsində İraq nümayəndə heyəti Füzuli, Göygöl və Ağstafa rayonlarında olacaq. Burada onlar Azərbaycanda aparılan əməliyyatlar barədə məlumatlandırılacaqlar.

ANAMA direktoru bildirib ki, İraq minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıqda, Azərbaycan təcrübəsini öyrənməkdə, eləcə də ANAMA-nın potensialından istifadə etməkdə maraqlıdır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR