Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib

Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib
# 12 oktyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da Bakı sakini Mayis Mayılovun evində üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Elbrus Heydərov olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR