Konqoda sərnişin qatarı relsdən çıxıb: 30 nəfər ölüb, 55 nəfər yaralanıb

Konqoda sərnişin qatarı relsdən çıxıb: 30 nəfər ölüb, 55 nəfər yaralanıb
# 23 aprel 2014 08:06 (UTC +04:00)

Bakı-APA. Demokratik Konqo Respublikasında sərnişin qatarının qəzaya uğraması nəticəsində 30 nəfər ölüb, 55 nəfər yaralanıb.

APA-nın “Wireupdate”a istinadən verdiyi məlumata görə, hadisə Katanqa əyalətində baş verib.

Qeyd olunur ki, yüksək sürətlə hərəkət edən qatar qəflətən relsdən çıxıb.

Ölən və yaralıların sayının artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR