MŞ-dən APA-ya verilən məlumata görə, aksiyada prosesi işıqlandıran KİV təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının mitinq müddətində «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə məlumat daxil olmayıb.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair hər hansı müraciət edilməyib.
MŞ-nin monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.
Mətbuat Şurası: Milli Şuranın bugünkü mitinqində KİV təmsilçilərinə qarşı maneçilik faktları qeydə alınmayıb
05 oktyabr 2013 15:46 (UTC +04:00)
Sosial
Alkoqol və narkotiklə əlaqədar tibbi müayinədən keçməli olan dəmiryol işçiləri müəyyənləşib
18:21
23 may 2024
Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək
18:06
23 may 2024
UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilir
17:36
23 may 2024
Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdamda olublar - FOTO
16:36
23 may 2024