Mətbuat Şurası: Milli Şuranın bugünkü mitinqində KİV təmsilçilərinə qarşı maneçilik faktları qeydə alınmayıb

Mətbuat Şurası: Milli Şuranın bugünkü mitinqində KİV təmsilçilərinə qarşı maneçilik faktları qeydə alınmayıb
# 05 oktyabr 2013 15:46 (UTC +04:00)

MŞ-dən APA-ya verilən məlumata görə, aksiyada prosesi işıqlandıran KİV təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının mitinq müddətində «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə məlumat daxil olmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair hər hansı müraciət edilməyib.

MŞ-nin monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR