Deputat 2010-2013-ci illər ərzində gördüyü işlərin hesabatını açıqlayıb

Deputat 2010-2013-ci illər ərzində gördüyü işlərin hesabatını açıqlayıb
# 31 yanvar 2014 08:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinə 86 saylı İsmayıllı Seçki Dairəsindən seçilən deputat Novruz Aslanov 2010-2013-ci illər ərzində gördüyü işlərin hesabatını açıqlayıb.

Deputat qərargahından APA-ya verilən məlumata görə, 2010-2013-cü illər ərzində deputatın ünvanına 900-ə yaxın rəsmi müraciət və məktub daxil olub, bunlardan 450 müraciətə aid məsələ tam olaraq həll edilib.

Həlli zaman tələb edən məsələlər icraata götürülüb və aidiyyəti orqanlara göndərilib. 233 ərizəçiyə rəsmi cavab verilib. Daxil olmuş ərizələrə əsasən, 200 deputat sorğusu və məktubu əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanıb və 102 cavab məktubu daxil olub. Bu məktublarda 100-ə yaxın ərizəçinin məsələsinə münasibət bildirilib, 35 müraciətə cavab verilməyib.

İsmayıllı rayonunun Uştalqışlaq, Vəng, Brovdal, Quşencə və Qalagah kəndlərinin hər birinə xeyir-şər mərasimləri üçün 1 ədəd çadır (100-150 nəfərlik) verilib, İsmayıllı rayonundan 4 nəfər, Bakı şəhərindən də 2 nəfər əlil müvafiq əlil arabası ilə təmin olunub. 10 nəfərə təhsil haqqının ödənilməsi üçün maddi yardım edilib, 12 nəfərə müalicə və tibbi əməliyyatın aparılması üçün maddi köməklik göstərilib. 25 nəfər rayon sakini təmənnasız tibbi müayinəyə göndərilib. Bir çoxlarına da məişət problemlərinin həlli üçün müvafiq yardımlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR