Xırdalanda qadına qarşı quldurluq edən şəxslər tutulub

Xırdalanda qadına qarşı quldurluq edən şəxslər tutulub
# 05 aprel 2014 09:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Xırdalanda qadına qarşı quldurluq edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də Xırdalan şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Gədəbəy rayon sakini Natilə Tağıyevaya zor tətbiq edərək içərisində 9900 dollar və 100 manat, habelə qızıl əşyaları olan çantasını alıb.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Orxan Hümbətov, Sumqayıt şəhər sakini Yusif Yusifov, Rəsul Əliyev tutulub.

Hadisənin digər iştirakçısı Murad İsmayılovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR