“Rus marşı”nın təşkilatçıları mitinqi ləğv ediblər - YENİLƏNİB

“Rus marşı”nın təşkilatçıları mitinqi ləğv ediblər  - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2013 12:08 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, güclü yağış başladıqdan sonra təşkilatçılar mitinqin olmayacağını və tribunadan sadəcə, aksiyanın əsas tələblərinin səsləndiriləcəyini bildiriblər.

Qeyd edək ki, Moskva polisi aksiyada təxminən 8 min nəfərin iştirak etdiyi açıqlayıb.

***

saat 14.02

Moskva. Fərid Əkbərov - APA. Moskvada rus millətçilərinin “Rus marşı-rus həmrəyliyi” adlı böyük yürüş-mitinqi başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, yürüş-mitinqə paytaxtın “Lyublino” metrostransiyasının yaxınlığından start verilib.

Aksiya iştirakçıları metronun “Bratislavksaya” stansiyasının yaxınlığına qədər yürüş edib, burada mitinq keçirəcəklər.

Mitinqdə “Velikaya Rossiya” Partiyasının lideri Andrey Savelyev, Minin və Pojarski adına xalq hərəkatının lideri Yuri Yekişev, qatı rus millətçiləri Kvaçkov, Barabaş, Otrakovski və digərlərinin çıxışı gözlənilir.

Paytaxt polisi mitinqin keçirildiyi küçələrdə asayişi qorumaq üçün çevik qüvvələri səfərbər edib. Aksiyanın keçirildiyi yerlərə yaxın metrostansiyalarında və ümumilikdə paytaxtın bütün metrostansiyalarında millətçilərin “Rus marşı” ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR