Vladimir Putin: MDB ölkələri ilə viza rejiminin tətbiq olunması Rusiyanın bütün miqrasiya problemlərini həll etməyəcək

Vladimir Putin: MDB ölkələri ilə viza rejiminin tətbiq olunması Rusiyanın bütün miqrasiya problemlərini həll etməyəcək
# 22 oktyabr 2013 20:28 (UTC +04:00)

Onun sözlərinə görə, viza rejiminin tətbiqi Rusiyanın bütün miqrasiya problemlərini həll edə bilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Putin Millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxışı zamanı bəyan edib.

“Viza rejimi yoxdur. Məsələ, viza rejiminin tətbiq ediləcəyi təqdirdə bunun yaxşı və ya pis olacağındadır? Bu da problemli məsələdir, çünki bazarlarda olan korrupsiya halları sərhədə keçə bilər”, deyə Putin qeyd edib.

“Məsələ qeyd olunan problemlərin qüsursuz, düzgün və sərt həllindədir”, deyə prezident əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR