Ermənistan və İraq hərbi sahədə əməkdaşlıq imkanlarını müzakirə edir

Ermənistan və İraq hərbi sahədə əməkdaşlıq imkanlarını müzakirə edir
# 09 noyabr 2013 14:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Nadim əl Əcvadi ilə görüşüb. APA-nın xəbər verdiyi kimi, bu barədə «Novosti-Armeniya» agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi təhsil, hərbi hazırlıq, müdafiə sənayesi və hərbi hava qüvvələri sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR