Azərbaycan və Gürcüstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair saziş MM-n plenar iclasına tövsiyə olunub

Azərbaycan və Gürcüstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair saziş MM-n plenar iclasına tövsiyə olunub
# 04 oktyabr 2013 09:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Sazişi müzakirəyə çıxarıb.

APA-nın məlumatına görə, komitə sədri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, sənəd Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun hazırlanıb. O qeyd edib ki, layihədə fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı bütün məsələlər detallarına qədər işlənilib.

Sazişdə birgə işçi qrupunun fəaliyyəti, yardım istəmək və məlumat mübadiləsinin müddəaları, tranzit, yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi, dövlət sərhədlərinin keçilməsi, hava gəmilərindən istifadə, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq və digər müddəalar əksini tapır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR