Azərbaycanda daha bir şirkətin qanunsuz əməlləri ifşa edilib

Azərbaycanda daha bir şirkətin qanunsuz əməlləri ifşa edilib
# 19 iyun 2013 12:40 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla “Törnist Konstrakşn” MMC-nin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub.

Müəyyən edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR