Hacıqabulda güclü külək iribuynuzlu heyvanların tələfatı ilə nəticələnib

Hacıqabulda güclü külək  iribuynuzlu heyvanların tələfatı ilə nəticələnib
# 03 iyun 2014 19:49 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabul rayonu Udulu qəsəbəsinin “Axtarma” adlanan ərazisində güclü külək fəsadlar törədib.


Belə ki, güclü külək yüksək cərəyanlı elektrik dirəyini aşırıb. Kənd icra nümayəndəsi A.Cəfərzadənin APA-ya verdiyi məlumata görə, dirək kənd sakinlərinə məxsus iribuynuzlu heyvanların üzərinə düşüb. Nəticədə 4 heyvan tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR