Qəbələdə "Sənin STARTın" layihəsinə start verilib

Qəbələdə "Sənin STARTın" layihəsinə start verilib
# 25 sentyabr 2014 14:12 (UTC +04:00)

Bakı - APA. Qəbələ rayonunda Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sənin STARTın" layihəsinə start verilib.

APA-nın xəbərinə görə, layihə çərçivəsində xüsusi işlənib hazırlanmış mexanizm vasitəsilə seçilmiş məktəb şagirdlərinə şəxsiyyətin inkişafına əsaslanan müxtəlif mövzulu təlimlər keçirilib.

Layihənin ilk günündə professional təlimçi tərəfindən "Komputer Bilikləri" təlimi keçirilib. Təlimdə gənclərə elektron hesablama maşınlarının tarixçəsi, müxtəlif işlək proqramların izahı verilib. Daha sonra iştirakçılara tapşırıqlar verilib və tapşırığı yerinə yetirən şagirdlərə təlimçi tərəfindən istiqamət verilib.


Layihənin növbəti günündə iştirakçılara "Motivasiya" təlimi keçilmiş və onların potensial inkişaf istiqamətlərinə maraqlarının artırılması üçün təlimçi tərəfindən məsləhətlər verilib.


Layihə rəhbəri Orxan Sədizadə qeyd edib ki, regionlarda bu tip layihələrin məktəb şagirdləri arasında keçirilməsi xüsusi önəmlidir: “Layihə pilot layihə olub uğur qazandığı təqdirdə davamlılığı təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR