Sloveniya İctimai Radiosu Azərbaycan haqqında proqram yayımlayıb

Sloveniya İctimai Radiosu Azərbaycan haqqında proqram yayımlayıb
# 29 oktyabr 2014 11:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Sloveniyanın Milli İctimai Radiosu Azərbaycan, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında 1 saatlıq veriliş yayımlayıb. Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyindən APA-ya verilən məlumata görə, Sloveniya Milli İctimai Radiosu (Radio SLO 1) “Dünyanı mənimlə gəz” adlı layihəsi çərçivəsində növbəti buraxılışını Azərbaycana həsr edib.

İctimai Radionun tanınmış aparıcı jurnalisti Lidiya Petkoviçin hazırladığı 1 saatlıq verilişdə Azərbaycanın qədim adət-ənənələri, zəngin mədəniyyəti, təbiəti, Dağlıq Qarabağ müqnaqişəsi, o cümlədən son illər ölkədə həyata keçirilən qlobal sosial, iqtisadi layihələr haqqında dinləyicilərə ətraflı məlumat verilib. Verilişin qonağı olan Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev Azərbaycanla Sloveniya arasındakı dostluq əlaqələrinin inkişaf tarixindən danışaraq, ölkənin aAvroatlantik məkana inteqrasiya olunması üçün həyata keçirilən məqsədyönlü islahatlardan bəhs edib. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarrı ilə bağlı jurnalistin sualını cavablandıran A. Xudiyev son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırımı siyasəti haqqında ətraflı danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR