Azərbaycan paytaxtında “Xocalı” abidəsini ziyarət davam edir - FOTOSESSİYA - VİDEO

Azərbaycan paytaxtında “Xocalı” abidəsini ziyarət davam edir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 fevral 2013 09:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Xocalı» abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur. APA-nın məlumatına görə, abidəni ilk olaraq prezident İlham Əliyev, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları ziyarət ediblər.

Daha sonra çoxsaylı ziyarətçilər əllərində «Şəhidlər ölməz, vətən bölünməz», «Xocalını unutmayaq», «Xocalının qisası sabaha qalmasın» və s. kimi şüarlarla Xocalı prospekti boyunca yürüş edib və abidəni ziyarət ediblər.

Abidəni ziyarət edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, diplomatik korpusun nümayəndələri də olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR