Nazir müavini: “I Avropa Oyunları ilə bağlı Bakıda wi-fi zonaları yaradıla bilər”

Nazir müavini: “I Avropa Oyunları ilə bağlı Bakıda wi-fi zonaları yaradıla bilər”
# 01 dekabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. “Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı wi-fi zonalarının yaradılmasına məsələsinə baxılır”.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, gələn il paytaxtda keçirilən beynəlxalq tədbirlə əlaqədar olaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, münasib danışıq tariflərinin, xüsusilə də rouminq danışıq qiymətləri ilə bağlı addımlar atılacaq.

E. Vəlizadə həmçinin tədbirlə bağlı tikilən idman obyektlərinin infrastruktur kanalları ilə də təmin olunacaqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR