Bakı-2015: Polşa yığması Azərbaycana yeni baş məşqçi ilə gələcək

Bakı-2015: Polşa yığması Azərbaycana yeni baş məşqçi ilə gələcək
# 06 aprel 2015 14:00 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Polşa millisinin baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də Azərbaycanla eyni qrupda yer alan komanda Yantsek Navrotskiyə həvalə olunub.

O, fevralda millidən ayrılan Pyotr Makovskini əvəzləyib.

Navrotski təqdimatından sonra bildirib ki, ilk hədəfi Rio-2016-ya lisenziya qazanmaq, həmçinin Avropa çempionatında və Avropa Oyunlarında uğurlu çıxışdı.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis bu posta 5 italiyalı, 3 polşalı, 2 braziliyalı, habelə, Argentina, Çin, Almaniya, Rusiya, Serbiya və ABŞ-dan olan namizədlər arasından seçilib. O, 2011-ci ildə kişilərdən ibarət əsas komandaya dəvət edilsə də, “Belçatov”da işləməyi üstün tutmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR