TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək

TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək
# 06 oktyabr 2015 14:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev– APA. Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı milli teatrın direktoru, professor İsrafil İsrafilov təmsil edəcək.

Oktyabrın 7-dən 12-dək davam edəcək toplantıda bəzi türkdilli teatrların repertuarında olan tamaşalara baxış da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR