ABŞ “İslam dövləti”nin mövqelərinə növbəti zərbə endirib

ABŞ “İslam dövləti”nin mövqelərinə növbəti zərbə endirib
# 28 avqust 2014 23:13 (UTC +04:00)

APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Hava zərbələri nəticəsində terrorçuların zirehli texnikası, silah-sursat daşıyan yük maşınları və blok-postu məhv edilib.

Hava hücumu strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında olub.

Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 106 zərbə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR