Məhkəmə vəkili hədələyən şəxsi cərimələyib

Məhkəmə vəkili hədələyən şəxsi cərimələyib
# 21 iyun 2016 16:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Ceyhun Yusifova hədə-qorxu gələn şəxs cərimə olunub.

Bu barədə APA-ya məlumat verən C. Yusifov bildirib ki, Qəbələ Rayon Məhkəməsindən çıxan zaman qarşı tərəfin hücumuna məruz qalıb:

“Mən vəkil mantiyasında məhkəmədən çıxan zaman qarşı tərəfdən Ceyhun Abdullayevin təzyiqinə məruz qaldım. O, məhkəmənin qarşısında bütün məhkəmə əməkdaşlarının gözü önündə açıq xuliqanlıq edərək, məni öldürəcəyini söyləyib fiziki təzyiq göstərmək üçün dəfələrlə üzərimə hücum edib. Dərhal Qəbələ rayon Polis Şöbəsinin rəisi Nadir müəllimə məlumat verdim. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. Qəbələ Rayon Məhkəməsində Vahid Sadıqovun sədrliyi ilə həmin şəxsin işinə baxılıb və o, 50 manat məbləğində cərimə edilib” .

Vəkil C. Yusifov məhkəmə qərarı ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR