Liviya parlamenti ölkədə səfərbərlik elan edib

Liviya parlamenti ölkədə səfərbərlik elan edib
# 19 iyun 2016 12:15 (UTC +04:00)

Bakı-APA. Ölkənin şərqinə nəzarət edən Liviya parlamentinin sədri, Silahlı Qüvvələrin rəhbəri Aqil Saleh İsa ölkədə ümumi səfərbərlik elan edib.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, Tobruk şəhərində yerləşən hökumətin rəhbərliyi ilə Silahlı Qüvvələr hazırda Benqazi və Acdabiya şəhərlərinə nəzarət edən “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına qarşı fəal əməliyyatlar aparır.

A. S. İsa Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdel-Razaka an-Nazurinin Aralıq dənizi sahili regionunun hərbi hökumətinin rəhbəri təyin edilməsi barədə də sərəncam imzalayıb. Benqazi və Acdabiya şəhərləri də bu regiondadır.

Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR