Avropa Şurasının nümayəndəsi: “Təhsil siyasəti sülh və qarşılıqlı anlaşmada mühüm rol oynayır”

Avropa Şurasının nümayəndəsi: “Təhsil siyasəti sülh və qarşılıqlı anlaşmada mühüm rol oynayır”
# 18 may 2015 10:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Avropa Şurasının baş katibinin salamlarını çatdırmaq istəyirəm. Mədəniyyətlərarası dialoqu müzakirə edən bu forum dünyada öncül yerlərdən birini tutur”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba deyib.

Jan-Kristof Ba bildirib ki, təhsil çox vacibdir: “Biz hansı şəkildə fəal, məsuliyyətli olmalıyıq ki, cəmiyyətin layiqli üzvlərini formalaşdıraq və cəmiyyət zorakılıqla üzləşməsin? Biz bu prosesdə iştirak edən azsaylı təşkilatlardan biriyik. Bu gün tolerantlığın, qarşılıqlı hörmətin təşviqinə ehtiyac duyulur. Biz ümumi hüdudlardan kənara çıxmalıyıq. Bu baxımdan inanıram ki, təhsil siyasəti sülh və qarşılıqlı anlaşmada mühüm rol oynayır. 2008-ci ildə Avropa Şurasının 47 ölkəsi Təhsil Xartiyasını qəbul edib, bu Xartiya Avropanın bütün ölkələrində paylanıb. Demokratik vətəndaşlıq, tolerantlıq və qarşılıqlı hörmət məsələlərini tədris proqramlarına salmışıq”.

Jan-Kristof Ba qeyd edib ki, mədəni konsepsiya çərçivəsində Avropa Şurası tərəfdaşlarla birgə işləməyə hazırdır: “Mürəkkəb dünya şəraitində hansı işlərin aparılması barədə düşünməliyik. Uşaqlarla sosial mediada işləmək qaydalarını aşılamalıyıq. Biz Bakıda olarkən Avropa Şurası xarici işlər nazirləri Brüsseldə görüşüblər və ekstremizmə qarşı mübarizə aparmaq üçün qərar qəbul ediblər. Gənclərin daha fəal təhsil almasını zəruri sayırıq. Bununla bağlı Avropa Şurasında bizim departament xüsusi hesabat hazırlayacaq və müxtəlif ölkələrdə demokratik durumun necə olması həmin hesabatda əksini tapacaq. Həmin hesabatda müxtəlif cəmiyyətlərdə demokratiyanın inkişafı barədə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR