Sabaha gözlənilən hava proqnozu açıqlanıb - VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2014 10:05 (UTC +04:00)

Şimal-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturunun gecə 16-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 26-da Böyük Qafqazın bəzi ərazilərində, eyni zamanda Lənkəran-Astara zonasında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 26-28-də Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR