Azərbaycanda neft məhsullarının istehsalı 7% azalıb

Azərbaycanda neft məhsullarının istehsalı 7% azalıb
# 16 oktyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 1962,7 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,2% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin doqquz ayı ərzində ölkədə 911,7 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 51,4 min ton məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 1 746,5 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,3% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 81,8 min ton məhsul ehtiyatı yaranıb.

Bu il Azərbaycanda ağ neftin istehsalında da 1% azalma var. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 525,1 min ton ağ neft istehsal olunub ki, bu ilin oktyabrın 1-nə 33,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin doqquz ayında ölkədə neft bitumunun istehsalında da azalma var. Bu il ərzində Azərbaycanda 189,2 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% azdır. Nəticədə oktyabrın 1-nə 10,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Sürtgü yağlarının istehsalı isə ötən illə müqayisədə 17,4% artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında 40,5 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə oktyabrın 1-i vəziyyətinə 11,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin doqquz ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 144,8 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur. Nəticədə oktyabrın 1-nə 6,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR